Ölkənin neft-qaz sektoruna bu il 5 mlrd. manatadək sərmayə yatırılıb

17.12.2021 10:34     Sosreaksiya     280

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 854,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,9% azdır.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 5 212 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar