DTX tərəfindən həbs edilən idmançılara HÖKM OXUNDU

17.12.2021 14:04     Sosreaksiya     248

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər - Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il həbs cəzası təyin edilib. A. Abbasova cəzasını övladının 14 yaşı tamam olandan sonra çəkməyə başlayacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar. Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionları var.

Reaksiya.az

Şərhlər