Müdafiə sənayesi məhsullarının istehsalı artdı - Nazir

17.12.2021 14:15     Sosreaksiya     251

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb.

Reaksiya.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə deyib.

M.Quliyev qeyd edib ki, 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub.

"Bunun nəticəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub", - nazir deyib.

Şərhlər