"Meta" 2021-ci ilin ən pis şirkəti seçildi

17.12.2021 16:13     Sosreaksiya     269

"Yahoo Finance"in sorğusuna əsasən, bu yaxınlarda "Meta" adlandırılan "Facebook" 2021-ci ildə dünyanın ən pis şirkəti olub.

"Unikal" xəbər verir  ki, dekabrın 4-də "Yahoo Finance" sorğusunda 1500-dən çox respondent onu ilin ən pis şirkəti adlandırıb. Anketdə ikinci yeri Çinin e-ticarət nəhəngi "Alibaba" tutub.

Bəzi respondentlər "Facebook"un senzurasından şikayətlənsələr də, digərləri platformanı xüsusi olaraq COVID-19 pandemiyası ilə bağlı dezinformasiya ilə məşğul ola bilməməkdə günahlandırıblar. Çoxları da  şirkətin foto paylaşma proqramı olan "Instagram"ı yeniyetmələrin psixi sağlamlığına təsirində günahlandırır.

Reaksiya.az

Şərhlər