Xəstəxana direktoru işdən çıxarıldı

17.12.2021 16:20     Sosreaksiya     269

Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

Baş həkim Elxan Sədrəddin oğlu Ələsgərov vəzifəsindən azad olunub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) APA-ya bildirilib ki, Elxan Ələsgərovun direktor kimi fəaliyyətinə müqavilə müddətinin bitməsi ilə bağlı xitam verilib.

Hələlik bu vəzifəyə təyinat olmayıb.

Reaksiya.az

Şərhlər