Adına bir neçə telefon nömrəsi olanlar, DİQQƏT!

20.12.2021 10:26     Sosreaksiya     290

"Ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq".

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

Nazir bildirib ki, imtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır:

"Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir".

S.Babayev qeyd edib ki, vətəndaşın rəsmi iş yerinin olmaması da imtina səbəblərindən biridir.

Nazir vətəndaşların sosial yardım almaq üçün əl atdıqları qanunsuzluqlardan da danışıb:

“Araşdırmalarımızda məlum olub ki, bir şirkətin 3 min işçisi var, onun 2 700-ü sosial yardım alır. Vətəndaş şirkətdə işlədiyi ilə bağlı sənəd təqdim edir, yardım alandan sonra həmin işdən çıxarırlar, maaş da vermirlər. Burada maklerlər var ki, bu işlə məşğul olurlar. Biz həmin şəxslərin qarşısını almağa çalışırıq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar