Nazir dərsliklərin kefiyyətindən danışıb

21.12.2021 12:11     Sosreaksiya     267

Dərslik Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzudur. Mənə görə dərsliyin daha çox zahiri tərəfi müzakirə olunur, təhsilin mahiyyəti üzrə isə müzakirələr çox azdır.

Reaksiya.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinəə görə, biz dərslikdə hansısa səhifədə hansısa gülməli şəkil tapıb sosial şəbəkədə müzakirə etməyi yaxşı bacarırıq. Lakin misal olaraq riyaziyyat üzrə ibtidai sinifdə uşaqlara rəqəmləri və ədədləri nə zaman öyrətməyin düzgün olması ətrafında müzakirəsi əsasında fikir mübadiləsinin şahidi olmamışam. Çünki bu özlüyündə ciddi metodiki sualdır.

"Bir çox hallarda haqlı müzakirələr də ola bilər. 300-dən artıq dərslik var və on minlərlə səhifədə hərf səhfinin olması qaçılmazdır. Bundan sonra da hərf səhvləri olacaq. Lakin bu əsas problem deyil. Əsas problem bu və ya digər fənnin tədrisi ilə bağlı tədqiqatların həmin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Ona görə də ehtiyat dərslikləri bu istiqamətdə uğurlu hesab edirəm. Dərsliklər yazılanda çox tərəfli mütəxəssislər prosesə cəlb olunub və fərqli dərsliklər yaradılıb. Lakin bu islahatlar yarımçıqdır.

Dərslikdə hər şey qeyd olunub amma bəzən Azərbaycan müəllimi yenə də öz bildiyini, yaxid özünə rahat bildiyi mövzunu şagirdə keçir. Ona görə də dərsliklərdə nəyi nə qədər dəyişə bilmişik sualı vacibdir. Bu tip sualların müzakirəsinə ciddi ehtiyac var. Bu sahədə bütün resursları birləşdirib yaxşı və keyfiyyətli dərslik ortaya qoya bilərik. Bu asan məsələ deyil. Azərbaycan sinfində dərs vaxtı həmin dərslikdə olan məzmunun necə keçilməsi da maraqlı mövzudur. Sinif otağında müəllimin davranışı, münasibəti əsas amildir. Qayda və təlimatlara uyğun tədrisin təşkili vacibdir bu sahədə hələ görüləsi çox iş var".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar