"Uşaqlar və aztəminatlı ailələr üçün bu il ərzində 400 min manat ayrılıb" - Nazir müavini

22.12.2021 11:54     Sosreaksiya     1254

Sosial islahatlar davam edir. Bu islahatların əsas sahələrindən biri ailələri qorunması, ailə dəyərlərinin gənc nəsilə ötürülməsi, qadın və uşaqların qorunmasıdır.

Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda mövcud ailə münasibətləri:"Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.

Onun sözlərinə görə, bu il ərzində 400 min manat məbləğ uşaqlar və aztəminatlı ailələr üçün ayrılıb:
"Bu gün 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı sosial yardım alır. Onların yarıdan çoxu qadın və uşaqlardır. Bu il 62 min insan iş yeri ilə təmin edilib. Gələn il uşaqlar üzrə 9 istiqamət üzrə müavinətlər olacaq".

Nazir müavini qeyd edib ki, aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirlirib: "800-dən çox uşaq bu proqramdan yararlanıb. Son dövrdə 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymərləndirilməsində elektron platformadan istifadə edilib. Eyni zamanda, himayədar ailə layihəsi var ki, bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir".

Şərhlər