Vüqar Səfərlinin əlindən alınan mülkləri - SİYAHI

22.12.2021 12:05     Sosreaksiya     286

Xəbər verdiyimiz kimi ləğv edilən KİVDF-nin sabiq direktoru Vüqar Səfərliyə hökm oxunub.

Musavat.com xəbər verir ki, hökmə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlakları müsadirə edilib.

Həmin əmlaklar aşağıdakılardır:

- Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanət

- Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev

- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.

Şərhlər