MN: Azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib

29.12.2021 16:39     Sosreaksiya     448

Hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərə 30 dəfə səfər edib. Bunu Müdafiə Nazirliyində ilin yekunlarına dair keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

APA-nın xəbərinə görə, qurum rəsmisi bildirib ki, carı ildə işğaldan azad olunan ərazilərin minalalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb. Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.

Şərhlər