Hadisə “Alov qüllələri”nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var

30.12.2021 15:53     Sosreaksiya     532

Bakıda qaz sızmasından partlayış olub.

APA xəbər verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri”nin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər