DSX-nın çavuşu 1 zabit, 2 giziri güllələdi

03.01.2022 09:11     Sosreaksiya     353

02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Hazırda çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Şərhlər

Çox oxunanlar