Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - 40 maşın toqquşdu, ölən və yaralananlar var

03.01.2022 10:58     Sosreaksiya     311

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib

Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

***

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

İlkin məlumata görə, yanvarın 1-də baş verən hadisə nəticəsində ölən və yaralılar var.

Əlavə məlumat veriləcək.

Şərhlər