“Ruslar araq içməklə, bizimkilər də tənbəlliklə məşğuldur...”

05.01.2022 12:45     Sosreaksiya     434

“Qiymətlər təkcə bizdə yox, bütün dünyada qalxıb. Məqsəd də dünyanı sıfırlaşdırmaq, insanları banklardan asılı vəziyyətə salmaqdır. Adam acından öləndə məcburdur ki, gedib bankdan kredit götürsün. Özünüz də gördünüz ki, Türkiyədə vəziyyət hansı yerə gəlib çıxmışdı. Amma Türkiyə bunun qarşısını ala biləcək. Bir çox ölkələr isə qiymət artımına görə çökə bilər”.
 
Reaksiya.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov unun qiymətinin qalxmasından sonra yenə də bahalaşma olacağını bildirib:
 
“Bunların məqsədi insanların əlindəki pulları tamamilə almaq və onları yenidən banklardan asılı vəziyyətə salmaqdır. Axı banklar da çökür. Heç kəs torpağı əkmir, amma ortada pul rol oynayır. Çinlilər qoçaq millətdir, bəzən onlara ilan, qurbağa əti yediklərinə görə lağ edirlər. Amma onlar çox işguzar millətdir. Ona görə də dünya taxıl ehtiyatının 60 faizini ələ keçiriblər. Ruslar araq içməklə, bizimkilər də tənbəlliklə məşğuldur.  Bizim camaata torpaq sahələrini verdilər, amma əkən yoxdur. İnsanlar otunu biçib satırlar. Ya da veriblər icarəyə başqaları əkib-becərir”. 
 
 

Şərhlər