Sabah hava necə olacaq?

06.01.2022 12:41     Sosreaksiya     383

Yanvarın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 10-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Yanvarın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçünəsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Reaksiya.az

Şərhlər