Ötən il xüsusi səbəblərlə əlaqədar 1853 nəfərə əlillik verilməkdən imtina olunub

07.01.2022 14:54     Sosreaksiya     259

“2021-ci il ərzində 3 444 nəfər xüsusi səbəblərlə əlaqədar müayinə olunub. Onlardan 1537 nəfərə müxtəlif dərəcəli əlillik təyinatı aparılıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

O qeyd edib ki, xüsusi səbəblərlə əlaqədar əlillik deyəndə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olan, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvində iştirak edən və yaxud qəzanın ləğvi zamanı hərbi xidmətini yerinə yetirən şəxslər, 20 yanvar əlilləri nəzərdə tutulur: “Həmin şəxslərdən 1853 nəfərə müxtəlif səbəblərdən imtina verilib. Onlardan 1580 nəfərinin diaqnozu əlillik təyin edilməsinə səbəb olmayıb”.

Şərhlər