Ordumuz Qırmızı Bazarda mülki əhalini atəşə tutmayıb - MN

10.01.2022 15:39     Sosreaksiya     271

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb:

"Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".

Reaksiya.az

Şərhlər