“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüş keçirəcək

11.01.2022 12:43     Sosreaksiya     236

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
 
Bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin #rəhbər şəxsləri Zaqatala şəhəri, Nizami küçəsi 9 (Mədəniyyət evinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
 
“Səyyar qəbul otağı” yanvar ayının 13-ü saat 15:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
 
 

Şərhlər