MN Seyfəli poliqonunda partlayışa görə əhalini təşvişə düşməməyə çağırıb

11.01.2022 13:24     Sosreaksiya     252

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - qeyd olunub.

Reaksiya.az

Şərhlər