İstanbul-İrəvan uçuşları bu tarixdən başlayır

13.01.2022 16:08     Sosreaksiya     257

Reuters və Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Pegasus və Flyone Armenia aviaşirkətləri fevralın 2-dən İstanbul və İrəvan arasında qarşılıqlı uçuşlara başlayacaq.

Marja xəbər verir ki, Reuters-in şirkətin sözçüsünə istinadən verdiyi məlumata görə, ötən həftə uçuş icazəsi üçün Ermənistan Mülki Aviasiya Komitəsinə müraciət edən Pegasus, ilk İstanbul-İrəvan uçuşunu fevralın 2-də edəcək. Şirkət geri dönüş uçuşunu fevralın 3-də həyata keçirəcək.

Russiyanın xəbər agentliyi TASS da öz məlumatında bildirib ki, dekabr ayında uçuş icazəsi üçün Türkiyə Mülki Aviasiya Baş İdarəsinə müraciət edən "Flyone Armenia" ilk İrəvan-İstanbul uçuşunu fevralın 2-də yerinə yetirəcək.

Bildirilir ki, qarşılıqlı uçuşların başlanması münasibətlərin normallaşması prosesində atılan addımlardan biri ola bilər.

Reaksiya.az

Şərhlər