Həbs olunan sayt rəhbəri aclığa başladı

19.01.2022 16:07     Sosreaksiya     79

YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən sayt rəhbəri Mahir Ələkbərov (Xəttab) aclığa başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Musavat.com-a onun yaxınları məlumat verib.

M.Ələkbərova prokuror 4 il cəza istəmişdi.

Mahir Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilir.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Reaksiya.az

Şərhlər