Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Mövlud Çavuşoğlu

20.01.2022 13:42     Sosreaksiya     249

Ermənistanla ikinci görüşdə etimadın yaradılması addımları müzakirə olunacaq.

Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, ilk görüşdə prosesin başlaması ilə bağlı məqsədlər və gözləntilər müzakirə olunub.

"Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatdın başqa hansı addımlar atıla bilər xüsusi nümayəndələr bunun üzərində işləyəcək və növbəti iclasda etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”,- deyə nazir bildirib.

Reaksiya.az

Şərhlər