Mehdiyevi AMEA-dan yalnız Prezident göndərə bilər - Elçin Şıxlı

14.02.2022 14:03     Sosreaksiya     297

“Ramiz Mehdiyevi AMEA-ya cənab Prezident təyin edib və onu oradan ancaq Prezident çıxara bilər”.
 
Reaksiya.az xəbər verir ki, bu sözləri Bakupost.az-a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
 
Onun sözlərinə görə, Mehdiyev AMEA-ya aidiyyəti olmayan adamdır:
 
 
“Bircə onu deyə bilərəm ki, Ramiz Mehdiyev elmə, ümumiyyətlə, aidiyyəti olmayan adamdır. Ömür boyu inzibatçı, Kommunist Partiyasının üzvü olub, beyni hələ də kommunist beynidir. Yəni bolşeviklərin ən pis, ən murdar səciyyələri kommunist dediyim məhfumun içindədir. AMEA-dan gedib-getməməyi yalnız dövlət başçısından asılıdır”.
 
Elçin Şıxlı qeyd edib ki, Azərbaycan elmində heç bir irəliləyişin olmaması təkcə Mehdiyevlə bağlı məsələ deyil: “Ramiz Mehdiyevə qədər də heç bir irəliləyiş, inkişaf yox idi. Ramiz Mehdiyev gələndən sonra olmayan bir şeyi də məhv elədi. AMEA-da edilmiş hansısa bir kəşfin adını deyə bilərsiniz? Son 30, 40, 50 ildə heç bir kəşf yoxdur. Camaat AMEA-ya boş-boş gedir, gəlir. Ortalıqda heç bir şey yoxdur. Hamı indi dolanışıq arxasınca qaçır. Ona görə də bizdə elm yox səviyyəsindədir”.
 

Şərhlər

Çox oxunanlar