İrəvanda azərbaycanlı deputatların səfərinə qarşı aksiyada qarşıdurma yarandı

22.02.2022 16:08     Sosreaksiya     280

Aksiya Avronest Parlament Assambleyasının büro və komitələrinin iclasının keçirildiyi binanın qarşısında təşkil olunub.

Aksiya iştirakçıları binaya daxil olmaq istədikdə polis əməkdaşları buna mane olub. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb.

Xatırladaq ki, azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün fevralın 21-i İrəvana səfər ediblər. Dünən müharibə iştirakçıları Azərbaycan nümayəndə heyətinin səfərinə etiraz əlaməti olaraq İrəvanda “Zvarnots” beynəlxalq hava limanına aparan yolu bağlamışdılar.

Reaksiya.az

Şərhlər