Həbsdə olan jurnalistdən MÜRACİƏT - Nəyə nail olmaq istəyirlər?

09.03.2022 12:46     Sosreaksiya     272

Reaksiya.az həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun müraciətini oxuculara təqdim edir:
 
“Müstəntiq  ittiham aktında mənim Ramiz Göyüşovla olan söhbətim əsnasında işlətdiyim, “YAP-ı da dəfələrlə tənqid etmişəm” cüməsini xüsusilə qara şriftlə verib.
 
Burada məqsəd nədir? Nəyə nail olmaq istəyirlər? Mənim həbsimin arxasında hakim Yeni Azərbaycan Partiyasının olması fikrini yaratmaq? Bu, birbaşa olaraq cənab Ali Baş Komandanın iqtidarını kölgəyə salmaq, iqtidar və media nümayəndələri arasında dərin uçurum yaratmaqdır.
 
Onlar açıq şəkildə dövlətə, dövlətçiliyə, dövlət başçısına yox, dövlətin əleyhinə olan qüvvələrə xidmət etdiklərini göstərirlər.
 
Onlar ölkədə narazı kütlə yaradaraq, hakimiyyətə zərbə vurmağa çalışırlar. Bunun başqa adı yoxdur. Məhz hakim Azər Tağıyev də barəmdə qanunazidd qərar verərək, həmin qüvvələrə xidmət etdiyini göstərdi. Bu da ona olunan etimada xəyanət etdiyinin nümayişidir. 
 
Həmin qüvvələrin dövlət üçün nə dərəcə təhlükəli olduğunu cənab prezident  öz çıxışlarında dəfələrlə vurğulayıb. Belə ki, ölkə başçısı öz çıxışlarında həmin qüvvələrdən 5-ci kalon deyə bəhs edib. 
Məhz bu təxribatın qarşısını almaq üçün dövlətə, dövlətçiliyə şərəf və sədaqətlə xidmət edən qurumlar, qurum rəhbərləri müstəntiqin bu əməlini araşdırmalıdır. Dövlətə qarşı olunan bu xəyanət bağışlanmamalıdır. Barəmdə açılan cinayət işinin sifarişli olduğu təkcə bu nüansla ortaya çıxır. 
 
Bu baxımdan mən dövlətimizdən xahiş edirəm ki, günahsız olduğumu sübut etmək üçün mənə köməklik göstərsinlər və həqiqət öz yerini tapsın”
 

Şərhlər