Erməni separatçıları çarəsiz durumda: Xankəndiyə qaz veriləcəyi haqda xəbər yalan çıxdı

17.03.2022 13:43     Sosreaksiya     257

Qarabağda qaz təchizatı hələ də bərpa olunmayıb.


Reaksiya.az Musavat.com-a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, oyuncaq “artsax prezidenti”nin “mətbuat katibi” Lusine Avanesyan martın 17-də Ermənistan mediasına açıqlamasında əlavə heç bir şərh verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, ötən gün qondarma qurum Azərbaycanın Ermənistandan Xankəndiyə gələn qaz kəmərinin təmirinə başladığını iddia etmişdi.

 Şuşanın Zarıslı kəndi ərazisində baş vermiş qəza səbəbindən martın 8-dən Ermənistandan qanunsuz olaraq nəql olunan mavi yanacaq kəsilib. Elektrik enerjisinin də kəsilməsi səbəbindən bir çox ermənilər Qarabağdan üzü Ermənistana köç etməyə başlayıblar.

Reaksiya.az

Şərhlər