YAP İdarə Heyətinin iclası keçirilir

18.03.2022 12:02     Sosreaksiya     240

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videoformatda iclası keçirilir.

Reaksiya.az xəbər verir ki, toplantıda əvvəlcə partiyanın 2021-ci il üzrə maliyyə hesabatları müzakirəyə çıxarılacaq.

Daha sonra İdarə Heyətinin üzvləri “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini müzakirə edəcəklər.

Reaksiya.az

Şərhlər