Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi

31.03.2022 16:13     Sosreaksiya     2786

"Reaksiya Media Group"nun rəhbəri Zaur Qəriboğlu tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən deputat Cavanşir Feyziyev Bakı şəhəri Yasamal rayon məhkəməsinə çağırılıb. 
 
Bu barədə Reaksiya.az-a “Reaksiya Media Group”nun vəkili Əziz Qənbərov məlumat verib.
 
05.04.2022- ci il tarixində  Yasamal Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.
 
 Bu barədə deputat Cavanşir Feyziyevə bildiriş mesajı göndərilib.
 
Qeyd edək ki, Cavanşir Feyziyev Zaur Qəriboğlunu  ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək, böhtan atmışdır. O, "YouTube" kanallarında imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlər kimi qələmə vermişdir. Bu ifadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır ki, həmin maddənin də sanksiyasında 17 ilədək  azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur ki, bu da xüsusilə ağır cinayət hesab olunur.
 
 
 
Arzu Qocayev
 

Şərhlər