Elmar Məmmədyarov Nyu-Yorkda aldığı mənzil haqda: “Çamadanla pulu götürüb...”

01.04.2022 14:08     Sosreaksiya     208

“Hər iki övladıma mənzil almışam. Bu o demək deyil ki, mən çamadanla pulu götürüb Nyu-Yorka apardım və mənzil aldım”.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən 4,5 milyon dollarlıq mənzil alınması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, mənzil alınması ilə bağlı Nyu-York banklarından biri ilə bir il təmasda olub:

“O bank vasitəsilə mən danışıqlar aparmışam. Hər bir dolların hesabatı var, bankın mənə köçürmələrə icazə verdiyinə dair evdə beş kiloqram kağız var. Mənzilləri almışam, inanmıram ki, bu, pis hərəkətdir. Böyük oğlum mənimlə burada, kiçik oğlum isə Nyu-Yorkda yaşayır. Bir ata kimi gərək mən də övladlarıma mülk alım”.

Reaksiya.az

Şərhlər