Qaradağda 3 ədəd maşın yanaraq kül olub

04.04.2022 13:03     Sosreaksiya     233

Qaradağ rayonunun Sahil qəsəbəsində parklanmış 3 ədəd maşın yanaraq kül olub.

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Reaksiya.az

Şərhlər