Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi

11.04.2022 12:49     Sosreaksiya     85

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib.

Nazirin əmri ilə, müşavir vəzifəsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sabiq sədri Əsgər Ələkbərov təyinat alıb.

Qeyd edək ki, o, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Reaksiya.az

Şərhlər