Leonid Kalaşnikov: “ATƏT-in Minsk qrupu faydasız idi”

11.04.2022 13:30     Sosreaksiya     74

“ATƏT-in Minsk qrupunun özünü ləğv etməsi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə heç bir təsir göstərməyəcək”.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Oxu.Az-a danışıb.

O, ATƏT-in Minsk qrupunu faydasız hesab etdiyini bildirib.

“Bu struktur problemlərin həllinə töhfə verməkdən daha çox, münaqişəni qızışdırırdı”, - deyə politoloq əlavə edib.

L.Kalaşnikov sülh və üçtərəfli sazişin (Rusiya, Azərbaycan və Ermənistan arasında - red.) bağlanmasında ATƏT-in rolunun olmadığını, Rusiyanın isə fəal iştirak etdiyini xatırladıb.

Reaksiya.az

Şərhlər