"22 minə yaxın rus hərbçisi məhv edilib" - Ukrayna

25.04.2022 13:37     Sosreaksiya     296

Ukrayna Baş Qərargahı fevralın 24-dən aprelin 25-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları paylaşıb.

"Unikal" xəbər verir  ki, Baş Qərargahdan verilən açıqlamaya görə, Ukraynaya hücum edən Rusiya ordusundan təqribən 21.900 əsgər öldürülüb, 181 təyyarə, 154 helikopter, 884 tank, 2.258 zirehli texnika, 411 top, 149 raket sistemi və 69 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1566 texnika, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 201 pilotsuz uçuş aparatını itirib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar