Zaur Şuşada qadağan olunmuş əraziyə keçdi - XƏBƏRDARLIQ EDİLDİ

18.05.2022 12:24     Sosreaksiya     446

Zaur Baxşəliyev aparıcısı olduğu verilişdə Şuşa səfəri ilə bağlı bir məsələni diqqətə çatdırıb.

Reaksiya.az Milli.Az-a istinadla xəbər verir ki, aparıcı Şuşada nənəsinin evini tapdığını bildirib. Lakin həmin əraziyə də digər bəzi yerlər kimi mina təhlükəsi ehtimalına görə daxil olmaq müvəqqəti olaraq qadağan olmasına baxmayaraq, Zaur nənəsinə məxsus evə daxil olmağa cəhd edib. Onun bu cəhdi güc strukturlarının əməkdaşları tərəfindən xəbərdarlığa kimi davam edib. Zaur dərhal geri çəkilərək əraziyə daxil olmaq fikrindən daşınıb.

Reaksiya.az

Şərhlər