Kansler bəyan etdi: “Putin məğlub olacaq”

30.05.2022 12:17     Sosreaksiya     430

Rusiya Prezidenti Vladimir Putin Ukraynada apardığı müharibədə məğlub olacaq.

Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

"Biz sizinlə düşüncələrimiz və qəlbimizlə birlikdəyik. Putin qalib gəlməyəcək. Biz Ukraynanın müharibədən sonrakı bərpası üçün planlar qururuq", - kansler Ukrayna xalqına müraciətində deyib.

O, əlavə edib ki, Almaniya dostları və tərəfdaşları ilə birlikdə Ukrayna iqtisadiyyatının böyük tənəzzülə uğramaması üçün yardım edir, ukraynalıların özlərini müdafiə edə bilmələri üçün silah-sursat verir.

Kansler, həmçinin Almaniyanın Ukraynadan gələn 800 minə yaxın qaçqını qonaqpərvərliklə qəbul etdiyini vurğulayıb. 

Reaksiya.az

Şərhlər