Türkiyə Litvaya "Bayraktar" satacaq

02.06.2022 13:44     Sosreaksiya     255

Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub.

İki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Reaksiya.az

Şərhlər