Filarmoniyanın həyətindən şok gecə görüntüləri yayıldı - Nazirlik hərəkətə keçdi - VİDEO

02.06.2022 13:50     Sosreaksiya     348

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdətənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumata görə, video kadrların yayılmasından sonra məkanın fəaliyyəti dayandırılıb: "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks-səda doğurub.

Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz".

Qeyd edək ki, "UFFO” restoranının gecə klubu kimi fəaliyyət göstərdiyi məlum olub. Videoda iki xanımın gecə klubuna uyğun geyimdə olması və rəqs etməsi diqqət çəkib.

 

Şərhlər

Çox oxunanlar