BP-nin regional prezidenti: “Xəzər regionu bizim üçün çox vacibdir”

02.06.2022 15:05     Sosreaksiya     69

“Xəzər regionu bizim üçün çox vacibdir. Bu, enerji daşıyıcılarının nəqli üzrə təhlükəsiz marşrutdur”.

“Report” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.

“Bu gün, böyük kapitalın qoyulduğu və layihələrin həyata keçirildiyi təmiz enerji haqqında da danışmalıyıq”, - o deyib.

Onun sözlərinə görə, Azəri-Çıraq-Günəşli yataqlarında xeyli iş görülür. “Yeni texnologiyalar tətbiq edilməlidir və bu sahədə işlər aparılır. Atmosferə zərərli tullantıların atılmasını azaltmaq üçün texnologiyalardan istifadə edilməlidir”, - BP-nin regional prezidenti diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər