İrəvan yenə Zəngəzur dəhlizinə qarşı çıxdı

02.06.2022 15:19     Sosreaksiya     321

Ermənistan növbəti dəfə Zəngəzur dəhlizinə razı olmadığını dolayısı ilə bildirib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi mətbuat konfransında danışıb.

Jurnalistin Bakının kommunikasiyaların açılması məsələsində dəhlizdən bəhs etməsi barədə sualına Qriqoryan belə cavab verib:

“Dəhliz, yoxsa dəhlizlər? Bunlar ayrı-ayrı anlayışlardır”.

O, son danışıqların Brüsseldə olduğunu xatırladıb və iddia edib ki, kommunikasiyaların açılması məsələsində dəhliz vurğusu olmayıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatında Laçın dəhlizi ilə Zəngəzurdan keçən yolun tamamilə eyni parametrlərə sahib olduğu açıq-aydın yazılıb. Buna görə də Azərbaycan hər iki yolun dəhliz məntiqi ilə fəaliyyətində israrlıdır, əks halda, Laçın yolu da dəhliz statusunu itirəcək.

Reaksiya.az

Şərhlər