Cavid Qurbanov bu sahəni kurasiya edəcək

02.06.2022 15:21     Sosreaksiya     389

Cavid Qurbanovun səlahiyyətləri konkret sahə üzrə təyin olunmayıb. O, ümumi sahələrin kurasiyası ilə məşğul olacaq.

Bu barədə Buta.ws-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, mayın 24-ü rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilərək, müavinlərin sayı isə 2-dən 5-ə qaldırılıb. Daha öncədən fəaliyyət göstərən iki nazir müavinindən (Rəhman Hümmətov, Rövşən Rüstəmov) əlavə Prezidentin sərəncamı ilə daha 3 müavin vəzifəsinə Fərid Əhmədov, Samir Məmmədov və Azərbaycan Dəmir Yolları QSC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov təyin edilib.

Reaksiya.az

Şərhlər