Rövşən Əkbərov həbsxanadan müalicə müəssisəsinə köçürüldü

02.06.2022 18:38     Sosreaksiya     383

20 il öncə Ukraynada qətl törətdiyi üçün həbs edilmiş Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov müalicə müəssisəsinə köçürülüb.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən Reaksiya.az-a bildirilib ki, sabiq birlik komandiri xroniki xəstəlikləri üçün müalicə müəssisəsinə yerləşdirilib: "R.Əkbərov müalicə müəssisəsində həkim nəzarətində saxlanılır. Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri ilk olaraq APA yayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar