"Quru sərhədləri birmənalı şəkildə açılmalıdır" - Deputat

03.06.2022 12:20     Sosreaksiya     314

"Quru sərhədləri birmənalı şəkildə açılmalıdır. Vətəndaşa əziyyət vermək olmaz".

Bunu deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, pandemiya ilə bağlı vəziyyət qaydasındadır, belə halda sərhədləri açmaq olar. 

"Ölkəyə turistlər gələcək, onlar vəsait xərcləyəcəklər. İndiki vaxtda insanlar bundan əziyyət çəkir. Yəqin ki, bu məsələ yaxın günlərdə öz həllini tapar".

Reaksiya.az

Şərhlər