Pekin Moskvaya köməyin “cəzasız yolunu” axtarır

03.06.2022 12:44     Sosreaksiya     331

Amerikalı jurnalistlər Çinin Rusiyanı “cəzasız qalmaqla dəstəkləmək” ssenarisindən xəbər tutublar.

Bu barədə “Vaşinqton Post” yazıb.

İddiaya görə, rəsmi Pekin öz ekspertlərinə Rusiyaya elə bir yardım üsulu tapmağı tapşırıb ki, Qərbin məhdudlaşdırıcı sanksiyalarından yayınmaq mümkün olsun.

Burada söhbət ilk növbədə Moskvaya maliyyə yardımından gedir. Lakin Çin Rusiya Federasiyasına daha köklü yardımlar üçün diplomatik və hərbi sahələrdə “digər münasib imkanları” da arayır.

Amerikalı jurnalistlərin qənaətincə, Pekinin bu yöndə məxfi sayıla biləcək fəaliyyəti Kremlin ona hansısa təzyiqindən sonra müşahidə olunur.

Reaksiya.az

Şərhlər