Əli Əsədovdan şəhid ailələri və müharibə əlilləri ilə bağlı VACİB QƏRAR

03.06.2022 13:29     Sosreaksiya     288

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasın tərkibi yeni qaydada müəyyənləşəcək.

Reaksiya.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri Komissiyanın üzvləri olacaq.

Qeyd edək ki, indiyə qədər Komissiyada Bakı şəhərinin Pirallahı, Nizami, Suraxanı, Qaradağ, Xətai, Səbail, Binəqədi, Xəzər, Nəsimi, Sabunçu və Yasamal Rayon İcra Hakimiyyəti başçılarının müavinləri təmsil olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar