Meymunçiçəyi səssiz yayılır, nə vaxt başladığı məlum deyil - ÜST

03.06.2022 13:31     Sosreaksiya     399

Dünya Səhiyyə Təşkilatında meymunçiçəyinin Afrika ölkələrindən Avropaya keçməsinin müəamması müzakirə olunur.
 
Təşkilatın baş eksperti Rozamund Lyuis virusun səssiz, nəzərəçarpmadan, sanki gözəgörünməz yayıldığını bildirib.
 
"Britaniyada ilk xəstə aşkar olunandan sonrakı qısa müddətdə 550 insanda çiçəyin aşkarlanması narahatlıq doğurur. Bu virusun maydan yox, xeyli əvvəl bu ölkələrə çatdığını göstərir.
Virusun bir müddət sakitcə, səssiz yayılması mümkündür.
 
Biz dəqiq bilmirik, ola bilər bu hətta aylar öncə, hətta 1 il əvvəldən başlayıb. Görünən odur ki, meymunçiçəyi nəzərdən yayına bilib”.
 
Qeyd edək ki, ÜST çiçəyə qarşı vaksinlərin bu virusa qarşı da 80% effektiv olduğunu bildirib, lakin çiçək vaksini ehtiyatı çox azdır, dünyada hamıya yetməyəcək.
 

Şərhlər