Belarus hərbçilərinin sayını 80 minə çatdırmağı planlaşdırır

07.06.2022 12:47     Sosreaksiya     258

Belarus ordudakı hərbçi sayını təxminən iki dəfəyədək artıraraq 80 min nəfərə çatdırmağı planlaşdırır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook”da paylaşdığı məlumatda qeyd olunub.

“Cənub əməliyyat komanda mərkəzinin yaradılmasının bir hissəsi olaraq Belarus Respublikası Silahlı Qüvvələrinin hərbçi sayının 80 min nəfərə çatdırılması planlaşdırılır. Yeni hərbi bölmələr hazırda anbarda mövcud olan hərbi texnika ilə silahlandırılacaq”, - məlumatda bildirilib.

Baş Qərargahın məlumatında qeyd olunub ki, Volın və Polesye cəbhələrinə Belarus ərazisindən aviasiya və raket zərbələri endirilməsi təhlükəsi var.

Qeyd edək ki, hazırda 45 min hərbçiyə malik Belarus ordusunu Qlobal Atəş Gücü reytinqində 142 ölkə arasında 52-ci yeri tutur.

Reaksiya.az

Şərhlər