11 erməni hərbçi yaralandı

07.06.2022 12:49     Sosreaksiya     262

Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Mehri yolunda ağır qəza baş verib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “KamAZ” markalı yük maşını naməlum səbəblərdən aşıb. Hadisə nəticəsində maşında olan 11 hərbçi yaralanıb.

Reaksiya.az

Şərhlər