Yeni müharibə təhlükəsi varmı? - Erməni nazir

07.06.2022 13:36     Sosreaksiya     318

Azərbaycan-Ermənistan sərhədində müəyyən gərginlik qalmaqdadır.

Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

Sərhəddə Azərbaycanın qoşun cəmləşdirməsi, yaxud yeni müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala erməni nazir belə cavab verib:

“Mən indi belə qiymətləndirmə edə bilmərəm. Hər halda Ermənistan ordusu sərhədlərimizin təhlükəsizliyini təmin etməyə hazır olmalıdır. İndiki mərhələdə biz heç bir təhlükə görmürük”.

Bundan əlavə, Papikyan bildirib ki, Ermənistan 13 şirkətlə cəbhə istiqamətində yeni yollar inşa edir.

Reaksiya.az

Şərhlər