"İyulda bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır” - Nazirlik

07.06.2022 16:35     Sosreaksiya     408

“Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

Şöbə müdirinin sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq: “İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək”.

Reaksiya.az

Şərhlər