Nəcməddin Sadıkovun daha bir yaxın adamı HƏBS EDİLİB

08.06.2022 12:36     Sosreaksiya     463

Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  

Reaksiya.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. 

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. 

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
 

Azad Abdullayev Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamlarından hesab olunur.

Xatırladaq ki, bir neçə gün öncə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun keçmiş rəisi Elxan Məcidov da saxlanılıb. O, vaxtilə Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovun köməkçisi olub. 

Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin zabiti olmuş Zahid Niftəliyev də həbs edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar